Avtomobili qarət edən keçmiş məhkum saxlanıb

Paytaxtın Bakıxanov qəsəbəsi ərazisində avtomobili qarət edən şəxs saxlanıb.

Paytaxtın Bakıxanov qəsəbəsi ərazisində avtomobili qarət edən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabunçu RPİ 13-cü Polis Bölməsinə avqustun 17-də Bakıxanov qəsəbəsi ərazisində bir nəfərin qəsəbə sakini F.Şirinzadənin idarə etdiyi "Ford" markalı avtomobildən mobil telefonu və bankomat kartını açıq talama yolu ilə aparması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Bəkirov müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31