Uşaq bağçalarında valideynlərdən COVİD pasportu tələb olunur? - RƏSMİ AÇIQLAMA
Uşaq bağçalarında valideynlərdən COVİD pasportu tələb olunması məsələsinə aydınlıq gətirilib.
17 Avqust 2021 15:40 SosialUşaq bağçalarında valideynlərdən COVİD pasportu tələb olunması məsələsinə aydınlıq gətirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisəsi və Uşaq Evləri İdarəsindən məsələ münasibət bildirib. Qeyd edilib ki, idarə tərəfindən məktəbəqədər təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmayıb və bu mövzuda tapşırıq verilməyib.
Qeyd edək ki, uşaqları bağçaya gedən valideynlərdən gələn həftədən etibarən COVİD-19 virusuna qarşı vaksin olunmaları barədə sənədin surətini təqdim etmək tələbi ilə bağlı iddia yayılıb. İddialarda bildirilib ki, vaksini vurdurmamaq üçün hər hansı səbəb varsa, valideynlər bununla bağlı da sənəd təqdim edilməlidir. Əks halda, vaksin olunmayan valideynlərin uşaqları bağçaya buraxılmayacaq.