Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı ƏN SON MƏLUMAT

Hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə onun oğlu Əli Gülalıyev "Facebook" hesabında məlumat paylaşıb.Bildirib ki, atası artıq həyatı təhlükəni geridə qoyub:

"Durumu müsbətə doğru irəliləyir. Dünən axşam evə köçürülüb. Müalicəsi ev şəraitində davam etdirilir".

Qeyd edək ki, O.Gülalyev qarın boşluğunda olan qastrostomik boru çıxdıqdan sonra M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edib. Müayinə və müalicədən sonra evə yazılan xəstənin halı sonradan pisləşib və təkrar Mərkəzə müraciət olunub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31