Tanınmış şəxs POLİS MAŞINI İLƏ AVTOXULİQANLIQ ETDİ

Yol polisi avtomobili ilə avtoxuliqanlıq hərəkətləri edən şəxslər çəkdikləri videonu sosial şəbəkədə paylaşıblar.

Yol polisi avtomobili ilə avtoxuliqanlıq hərəkətləri edən şəxslər çəkdikləri videonu sosial şəbəkədə paylaşıblar.

Olaylar.az avtosfer.az-a istinadən xəbər verir ki, Pantural adı ilə tanınan Tural Səfərov paylaşdığı görüntünün film çəkilişi zamanı baş verdiyini bildirib. Avtomobilin üzərindəki sayrışan işıqların kartondan, 10-YP-DYP nömrəsinin isə saxta olduğu bildirilib.

Çəkiliş zamanı hazırlanmış patrul avtomobili ilə müxtəlif təhlükəli manevrlər edilib, o cümlədən bir neçə dəfə əl əyləcindən istifadə edərək avtomobil fırladılıb.

Xatırladaq ki, reallıqda təqib zamanı polis əməkdaşları avtomobili bu cür idarə etmir. Ona görə də filmdə patrul avtomobili ilə avtoxuliqanlıq hərəkətlərinə yol verilməsi məqsədəuyğun hesab olunmur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31