Azərbaycan çay idxalını 4 % artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 36 milyon 946 min ABŞ dolları dəyərində 8 732 ton çay idxal edib.
17 Avqust 2021 11:22 SosialBu ilin yanvar-iyul aylarında Azərbaycan 36 milyon 946 min ABŞ dolları dəyərində 8 732 ton çay idxal edib.
Olaylar.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 887 min ABŞ dolları (8,4 %) və 330 ton (3,9 %) çoxdur.
Hesabat dövründə çay idxalı Azərbaycanın ümumi idxalının 0, 59 %-ini təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31