Azərbaycanda yoluxmaya görə bu qəsəbəyə giriş-çıxışı bağladılar
Göyçay rayonunun Qaraməryəm kəndində "Kompleks" adlı kiçik qəsəbədə koronavirusa kütləvi yoluxma qeydə alınıb.
17 Avqust 2021 10:47 SosialGöyçay rayonunun Qaraməryəm kəndində "Kompleks" adlı kiçik qəsəbədə koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Olaylar.Az bu barədə Baku.ws-ə istinadən məlumat verir.
Məlumata görə, yoluxanların sayının çox olması səbəbindən yerli polis qəsəbəyə girişi bağlayıb və kənardan gələn adamları qəsəbəyə buraxmır.
Bir neçə saat öncə qəsəbə sakinlərindən biri vəfat edib və dəfn olunmaq üçün Mingəçevirə aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31