Ölkədə xarici kərə yağlarına tələbat azalıb

Azərbaycan ilin yanvar-iyul ayları ərzində 9 051,2 ton həcmində kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib

 

Azərbaycan ilin yanvar-iyul ayları ərzində 9 051,2 ton həcmində kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, bu məhsul qrupunun idxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz azalıb.

"Əfqanıstan xalqı buna layiq deyildi..." - XALİD HÜSEYNİ

Ümumilikdə, məhsulun idxal dəyəri 44 915 870 dollar olub. Bu isə 2020-ci ilin eyni dövrünə nəzərən 11,9 faiz azdır.

Bu ilin təkcə iyul ayında xaricdən 875,87 ton həcmində kərə yağı və süddən hazırlanmış digər yağlar alınıb və onların ümumi idxal dəyəri 4 935 200 dollar olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31