AY Partiya rəhbərliyi Mənsur Yavaşla görüşüb

Azərbaycan Yüksəliş Partiyası rəhbərliyinin Türkiyədə təmasları davam edir.

Azərbaycan Yüksəliş Partiyası rəhbərliyinin Türkiyədə təmasları davam edir. "OLAYLAR" xəbər verir ki, AY Partiya rəhbərliyinin növbəti görüşü Ankara Böyükşəhər Bələdiyyəsində olub. Partiyanın sədr müavini Gülşən Hacıyeva bələdiyyə sədri Mənsur Yavaşla görüşüb.

Görüşdə AY Partiyanın Kıbrıs səfəri, partiyanın yaxın aylarda həyata keçirməyi planlaşdırdığı layihələrdən söhbət açılıb. Mansur Yavaş partiya Başqan Anar Əsədliyə salamlarını çatdırıb, onunla davamlı təmasda olduğunu, Türk Dünyası ilə bağlı məsələlərdə fikir mübadiləsi apardığını söyləyib.

Qeyd edək ki, görüşdə partiyanın sədr müavini Gülşən Hacıyeva Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin özəl  hədiyyəsini - öndərimiz Məhəmməd Əmin Rəsulzadənin müəllifi olduğu və cümhuriyyətimizin qurulduğu 1918-ci ilə ithafən 1918 ədəd nəşr olunan "Əsrimizin Siyavuşu" kitabını  Böyükşəhər Bələdiyyə Başqanı Mansur Yavaşa təqdim edib. Mənsur Yavaş da öz növbəsində AY Partiya rəsmisinə hədiyyə təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31