Sabirabad sakinlərinə pulsuz hüquqi xidmət göstərilib
Sabirabad sakinlərinə pulsuz hüquqi xidmət göstərilib
16 Avqust 2021 10:40 SosialAzərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə Sabirabad rayonunda ikinci dəfə vətəndaşlar üçün "Pulsuz hüquqi yardım" layihəsi təşkil edilib. "Olaylar" xəbər verir ki, bu barədə mullət vəkili Kamal Cəfərov məlumat verib: "Görüşdə 45 vətəndaşın 52 müraciətinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur. Vətəndaşların ərizə və şikayətləri nəzarətə götürülmüş və icraata qəbul edilmişdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31