Azərbaycanda bir gündə COVID-19-a 2993 nəfər yoluxub, 646 nəfər sağalıb, 15 nəfər ölüb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
15 Avqust 2021 19:17 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 993 yeni yoluxma faktı qeydə alınıb, 646 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 368 002 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 338 925 nəfər müalicə olunaraq sağalıb, 5 153 nəfər vəfat edib, aktiv xəstə sayı 23 924 nəfərdir.
Ölkədə son sutka ərzində 15 376, hazırkı dövrədək isə 4 210 440 test aparılıb.
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54 890 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 551, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 339 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 794 232, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 419 938, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 374 294 təşkil edir.
