Emin Əmrullayevdən Təhsil Şöbəsinin rəisi ilə bağlı ƏMR
Göygöl Rayon Təhsil Şöbəsinin rəisi Elbrus Atayev vəzifəsindən azad edilib.
14 Avqust 2021 11:44 SosialGöygöl Rayon Təhsil Şöbəsinin rəisi Elbrus Atayev vəzifəsindən azad edilib.
Olaylar.Az bildirir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Məlumata görə, E.Atayev öz xahişi ilə işdən azad olunub.
O, Göygöl Rayon Təhsil Şöbəsinin rəisi vəzifəsində 12 ildir çalışırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31