Bu həftə koronavirusdan 74 nəfər ölüb - Tendensiya məhdudiyyətlərə aparır - VİDEO

Azərbaycanda koronavirusa yoluxma halları artır.

Azərbaycanda koronavirusa yoluxma halları artır.

Olaylar.Az  xezerxeber.az-a istinadən bildirir ki, iki həftə əvvəl ölkəmizdə koronavirusa gündəlik yoluxma 272 idisə, bu həftə 3 minə yaxınlaşıb. Bu həftə ərzində  12 min 185 yoluxma və  74 ölüm halı qeydə alınıb.

Baş infeksionist Təyyar Eyvazov bildirib ki, karantin qaydalarında yumşalmalara getdikdən sonra yoluxma sayında artım baş verir.

Çünki infeksiyanın yayılmasında ən önəmli faktor insan təmaslarının artmasıdır.

Təyyar Eyvazov bildirib ki, virusun yeni ştamlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də xəbərdarlıq olmalıdır.

"Ölkəmizdə də yoluxma belə templə davam etsə, qapanmalara getmək  zəruri olacaqdır",- deyə baş infeksionist qeyd edib.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31