Cahangir Əsgərov onları nöqsanlarına görə vəzifələrindən AZAD ETDİ

Azərbaycan Ağır Atletika Federasiyası tamamilə yenidən təşkil olunacaq. Federasiyanın prezidenti Cahangir Əsgərov bu barədə müvafiq əmr imzalayıb

Azərbaycan Ağır Atletika Federasiyası tamamilə yenidən təşkil olunacaq. Federasiyanın prezidenti Cahangir Əsgərov bu barədə müvafiq əmr imzalayıb.

Vətən müharibəsi şəhidinin doğum günüdür

Modern.az xəbər verir ki, əmrə əsasən baş məşqçi Asif Məmmədov və baş katib Rizvan Rəsulov Federasiyada tutduqları vəzifələrdən kənarlaşdırılıblar.

Yenidən təşkil haqqında qərar Federasiyanın vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin keyfiyyətsiz yerinə yetirilməsi ilə əlaqədar qəbul edilib. Rəhbərliyin vəziyyətin yaxşılaşdırılması ilə bağlı çoxsaylı tapşırıqlarına baxmayaraq, əməkdaşlar öz işlərinə səhlənkar yanaşmağa davam ediblər.

Federasiya işçilərinin məsuliyyətsiz münasibəti, eləcə də idmançılarımızın antidopinq qaydalarına məhəl qoymaması Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən ciddi cərimə sanksiyalarının tətbiq edilməsinə səbəb olub

Təkcə son dövrdə Beynəlxalq və Avropa Ağır Atletika Federasiyaları tərəfindən altı dəfə Azərbaycanın ağır atletika idmançılarının dopinqdən istifadə halları qeydə alınıb.

"Atılan addımlar və görülən tədbirlər müsbət nəticəyə gətirib çıxarmayıb və vəziyyəti düzəltməyib. Bununla əlaqədar Azərbaycan Ağır Atletika Federasiyasının tamamilə yenidən təşkili haqqında qərar qəbul etmişəm. Ümid edirəm ki, bu dəyişikliklər gələcəkdə bizə daha yaxşı idman nəticələrinə nail olmağa kömək edəcək", - deyə Cahangir Əsgərov bildirib.

Onun sözlərinə görə sentyabr ayının sonunadək Federasiyanın yeni baş məşqçisi və baş katibi təyin ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31