Azərbaycanda peyvənd olunmayan şəxslərin bazarlara girişi qadağan edilir
Azərbaycanda vaksinasiya olunmamış vətəndaşlar bazarlara buraxılmayacaq.
13 Avqust 2021 15:51 SosialAzərbaycanda vaksinasiya olunmamış vətəndaşlar bazarlara buraxılmayacaq. Olaylar.az xəbər verir ki, prosesə növbəti həftədən start veriləcək.
Bununla bağlı artıq bazarların sahiblərinə məlumat verilib. Bundan sonra bazarlarda satıcıların vaksinasiyasına başlanılıb. Vaksin vurdurmaqdan imtina edənlərə isə artıq bazarda çalışa bilməyəcəkləri barədə xəbərdarlıq edilib. Məlumata görə, alıcılar da bazarlarla COVİD-19 pasportu ilə buraxılacaq.
Analoji prosesin iri ticarət mərkəzlərində də həyata keçiriləcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31