"BMW" yolda dəhşətli qəzaya səbəb oldu - FOTO
Ötmə əməliyyatı edən "BMW"nin sürücüsü avakuatorla toqquşduqdan sonra digər avtomobilə çırpılıb
13 Avqust 2021 13:23 SosialÖtmə əməliyyatı edən "BMW"nin sürücüsü avakuatorla toqquşduqdan sonra digər avtomobilə çırpılıb.
Olaylar.Az bildirir ki, xarici ölkələrin birində baş verən hadisə anı qəzanın qurbanı olan avtomobillərdən birinin registratoruna düşüb. Belə ki, əks yoldan gələn "BMW"nın sürücüsü ötmə əməliyyatı etmək istəyərkən nasaz bir avtomobil daşıyan evakuatorla toqquşub. Zərbənin təsirindən əvvəlcə yolun kənarına düşən "BMW" daha sonra eyni yolda hərəkətdə olan digər bir avtomobilin ön şüşəsinə çırpılıb. Videonu lentə alan avtomobilin sürücüsü sürəti azaldsa da qəzadan yayına bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31