Abşeronda qonşusunun pulunu mənimsəyən şəxslə bağlı cinayət işi başlanılıb

Abşeron rayon sakini Əbülfət Əlizadənin 7700 manat məbləğində pulunun müxtəlif bəhanələrlə qonşusu Səfərov Qabil Abdulla oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilib.

Abşeron rayon sakini Əbülfət Əlizadənin 7700 manat məbləğində pulunun müxtəlif bəhanələrlə qonşusu Səfərov Qabil Abdulla oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşın ərizəsi Abşeron rayon prokurorluğu tərəfindən nəzarətə götürülməklə Abşeron rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluğa müraciət edən zərərçəkmiş Əbülfət Əlizadə minnətdarlığını ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31