“Fərdi elektron pəncərə” sisteminin yeni versiyası hazırlanıb

“Fərdi elektron pəncərə” sisteminin yeni versiyası hazırlanıb

Vətəndaş cəmiyyəti institutlarından olan qeyri-kommersiya qurumlarının fəaliyyəti üçün daha əlverişli mühitin formalaşdırılması və ədliyyə xidmətlərinə əlçatanlığın asanlaşdırılması məqsədilə "Fərdi elektron pəncərə" elektron məlumat sisteminin yeni versiyası hazırlanıb. "Olaylar"ın məlumatına görə, bu barədə məlumat verən Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəhbəri Aslan Hacıyevin sözlərinə görə, hazırda həmin sistem sınaq rejimi məqsədilə  istifadəyə verilib. O,bildirib ki, sistemdə təşkil olunmuş yeni elektron xidmətlər təşkilatların təsis sənədlərində edilmiş, habelə qeydiyyata alınmış reyestr məlumatlarının dəyişdirilməsi faktlarının dövlət qeydiyyatı, həmçinin maliyyə vəsaitlərinin ayrılmasına dair sənədlərin elektron qaydada nazirliyə təqdim edilməsini və qeydiyyat barədə sənədlərin elektron qaydada əldə olunmasını mümkün edir. Qeyd edək ki, hazırda qeydiyyata alınmış qeyri-kommersiya qurumlarının sayı 4766 -ya çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31