Ənənəvi tədris bərpa olunacaqmı? - RƏSMİ CAVAB

Ölkədə yeni tədris ilinin başlanmasına az müddət qalıb. Buna görə dərslərin sentyabrda ənənəvi qaydada başlayıb-başlamayacağı haqqında fərqli fikirlər irəli sürülür

Ölkədə yeni tədris ilinin başlanmasına az müddət qalıb. Buna görə dərslərin sentyabrda ənənəvi qaydada başlayıb-başlamayacağı haqqında fərqli fikirlər irəli sürülür. 

Təhsil eksperti Kamran Əsədov Feysbuk hesabında qeyd edib ki, "artıq məktəbləri bağlı saxlamaq kimi bir seçimimiz yoxdur". 

Suya allergiyası olan bu gənc qız görün necə duş qəbul edir - FOTOLAR

İndi valideynləri, şagirdləri, həmçinin tələbələri maraqlandıran bir sual var : ənənəvi dərslər bərpa olunacaqmı?

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxladıq. 

O "Sherg.az"a açıqlamasında  ənənəvi dərslərin başlanılmasına dair konkret fikir söyləyə bilməcəyini deyib:

"Vaxtı gələndə müvafiq qurumlar bununla bağlı açıqlama verəcək. İndi danışmağım doğru olmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31