"Azəriqaz"ın növbəti səfəri Füzuli rayonuna olacaq.

“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Füzulidə

"Azəriqaz"ın növbəti səfəri Füzuli rayonuna olacaq.

Olaylar.az xəbər verir ki, bu barədə  qurumdan məlumat verilib. Bildirilib ki, "Açıq mikrofon" aksiyası (rayonun quraşdırma evləri inzibati ərazi dairəsinə aid olan) Qarabulaq kəndinin sakinlərinin ixtiyarında olacaq:

"Səyyar qəbul otaqları"mızın təşkilində əsas məqsədimiz, sakinlərə heç bir yerə getmədən, vaxt itirmədən, əziyyət çəkmədən öz problem və təkliflərini səsləndirmək imkanı yaratmaqdır. İnanırıq ki, sayca dördüncü olacaq bu aksiyamız da əvvəlkilər kimi açıq, səmimi bir ortamda keçəcək. Hər bir kəsin öz problemini rahat şəkildə dilə gətirmək imkanı yüksək səviyyədə təmin olunacaq. Azərbaycan Ordusunun cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərindən birinin məkanı kimi də yadda qalan Füzulidə olmaq, vətəndaşların problemləri ilə yaxından tanış olmaq xüsusi zövq verəcək. "Açıq mikrofon"umuz 13 avqust saat 11:00-dan 14:00-a qədər işlək vəziyyətdə olacaq. Bir yerdə olaq ki, problemlər yox olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31