Bakı Peşə Hazırlığı Mərkəzində ISO standartlarının tətbiqi üçün işlərə başlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlı ISO (Beynəlxalq idarəetmə sistemləri üzrə) üzrə mütəxəssis hazırlığı həyata keçirəcək.
12 Avqust 2021 12:06 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlı ISO (Beynəlxalq idarəetmə sistemləri üzrə) üzrə mütəxəssis hazırlığı həyata keçirəcək.
"OLAYLAR" xəbər verir ki, ilkin mərhələdə Agentliyin tabeliyindəki Bakı Peşə Hazırlığı Mərkəzinin fəaliyyətində ISO standartlarının tətbiqi üzrə akkreditasiya məqsədli işlərə başlanıb. Bu məqsədlə PGM İnspection şirkətinin mütəxəssisləri tərəfindən mərkəzin kollektivinə təlimlər keçirilir. Təlimlər zamanı dinləyicilərə qeyd olunan standartlar əsasında mütəxəssis hazırlığının təşkilinin həyata keçirilməsi üzrə müvafiq bilik və bacarıqlar aşılanır. Təlimlərin sonunda iştirkçılara sertifikat veriləcək.
Mərkəzin fəaliyyətində ISO standartlarının tətbiqi işçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. Bununla Mərkəz chr("39")chr("39")International Organization for Standardizationchr("39")chr("39") tərəfindən dərc edilmiş təlimatlara uyğun olaraq yeni inkişaf mərhələsinə keçid edəcək.
Agentliyin tabeliyində fəaliyyət göstərən ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi kimi öz fəaliyyətini ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001:2015 (ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001:2015 (əməyin təhlükəsizliyi sistemi) tələblərinə uyğun olaraq yerinə yetirəcək. Beynəlxalq idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislərə beynəlxalq sertifikatlar təqdim ediləcək, onlar yalnız yerli deyil, xarici şirkətlərdə də müvafiq peşə-ixtisas sahələri üzrə uğurla işləmək bacarığına malik olacaqlar.