Beynəlxalq Gənclər Günü qeyd olunub
11avqust tarixində Azərbaycan Kooperasiya Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı iləxüsusi karantin rejiminin qaydalarına uyğun olaraq “12 avqust – Beynəlxalq Gənclər Günü” münasibəti ilə tədbir keçirilib.
12 Avqust 2021 11:29 SosialAzərbaycan Kooperasiya Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı iləxüsusi karantin rejiminin qaydalarına uyğun olaraq "12 avqust - Beynəlxalq Gənclər Günü" münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, "Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov, Vətən Müharibəsi şəhidi Daşqın Rzalının həyat yoldaşı Fatimə Rzalı, Vətən Müharibəsinin iştirakçıları, qazilər, Azərbaycanda təhsil alan Nigeriya, Kamerun və Özbəkistan Respublikalarından olan tələbələr və könüllülər iştirak edib.Tədbirdə ilk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, günahsız soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Sonda tədbirdə iştirak edən qazilər, şəhid ailələrinin üzvləri və əcnəbi tələbələr "12 avqust - Beynəlxalq Gənclər Günü" münasibəti ilə fəxri fərmanlar ilə təltif olunub, onların iştirakı ilə tort kəsilib və xatirə şəkili çəkdirilib.