AY Partiya rəhbərliyinin Kiprdə görüşləri başa çatdı, Türkiyəyə səfəri başladı

Azərbaycan Yüksəliş (AY) Partiyasının rəhbərliyinin Şimali Kipr Türk Respublikasına səfəri başa çatıb.

Azərbaycan Yüksəliş (AY) Partiyasının rəhbərliyinin Şimali Kipr Türk Respublikasına səfəri başa çatıb. "OLAYLAR" xəbər verir ki, səfər çərçivəsində partiya rəhbərliyi bu ölkənin xarici işlər naziri, Ulusal Birlik Partiyasının başqanı Tahsin Ertuğruloğlu ilə görüşüb, görüşdə iki qardaş ölkə arasında mövcud olan əlaqələrdən danışılıb. Qərara alınıb ki, davamlı olaraq, əlaqələr qurulsun, ortaq layihələr həyata keçirilsin.

AY Partiya rəhbərliyi həmçinin Şimali Kiprin turizm naziri, Demokrat Partiyasının başqanı Fikri Ataoğlu ilə görüşüb. Görüşdə iki ölkə arasında turizm sahəsində əlaqələrin perspektivləri müzakirə edilib.

Səfərin son günündə nümayəndə heyəti Kıbrıs prezidenti Ersin Tatar və baş nazirin müavini, iqtisadiyyat və enerji naziri Erhan Arıklı ilə işgüzar nahar edib.

Avqustun 12-də isə AY Partiya rəhbərliyi Türkiyəyə səfər edərək Adanada görüşlərə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31