Güclü külək Daşkəsəndə fəsadlar törətdi
12 Avqust 2021 06:46 SosialDaşkəsəndə güclü külək fəsadlar törədib.
Daşkəsən şəhəri, rayonun Alunitdağ qəsəbəsi, Aşağı Daşkəsən və ucqar kəndlərdə külək binalara və fərdi evlərə ziyan vurub.
O cümlədən Daşkəsən şəhərinin, qəsəbə və kəndlərin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi təsərrüfatlara ziyan dəyib. Güclü külək binaların dam örtüklərini tamamilə sıradan çıxarıb, taxta konstruksiyalarla birlikdə yerə atıb. Ucqar kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31