Güclü külək Gəncəni işıqsız qoydu

Güclü gülək Gəncədə fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, güclü külək səbəbindən şəhərin bir neçə küçəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Həmçinin külək bir neçə irigövdəli ağacı aşırıb. Hazırda Gəncə şəhərində küləkli hava şəraiti hökm sürür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31