Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda bu gün 65 269 nəfər vaksinasiya olunub
11 Avqust 2021 19:02 SosialAzərbaycanda bu gün 65 269 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 43 380, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 21 889 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 443 311, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 243 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 299 824 təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31