Prezidentin SOCAR-a vitse-prezident təyin etdiyi Zaur Qurbanov harda işləyib? (FOTO)
Xəbər verdiyimiz kimi, Prezindent İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezidentlər təyin edib. Dövlət başçısının sərəncamları ilə Kənan Təhməz oğlu Nəcəfov və Zaur Aydın oğlu Qurbanov SOCAR-ın vitse-prezidenti təyin olunub
11 Avqust 2021 18:55 SosialXəbər verdiyimiz kimi, Prezindent İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezidentlər təyin edib. Dövlət başçısının sərəncamları ilə Kənan Təhməz oğlu Nəcəfov və Zaur Aydın oğlu Qurbanov SOCAR-ın vitse-prezidenti təyin olunub.
Qaynarinfo xəbər verir ki, Zaur Qurbanov bu vəzifəyə təyin olunana qədər Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini vəzifəsini tutub.
SOCAR-ın yeni vitse-prezidenti buna qədər beynəlxalq audit şirkəti olan "Ernst & Young" şirkətinin Azərbaycandakı törəməsində vergi direktoru kimi çalışırıb.
