2 əsr yaşı olan körpü məhv olur – Nazirlikdən AÇIQLAMA
Salyan rayon mərkəzindən 30-35 kilomter cənubda, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən, tarixi əhəmiyyətə malik olan “Qanlı dərə” körpüsü hazırda baxımsız vəziyyətdədir. XIX əsrin əvvəllərindən günümüzə qədər gəlib çatan, vaxtilə Salyan və Şirvan rayonlarından keçən karvan yolunu birləşdirən körpünün ciddi baxıma və bərpaya ehtiyacı var.
11 Avqust 2021 14:38 SosialSalyan rayon mərkəzindən 30-35 kilomter cənubda, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən, tarixi əhəmiyyətə malik olan "Qanlı dərə" körpüsü hazırda baxımsız vəziyyətdədir. XIX əsrin əvvəllərindən günümüzə qədər gəlib çatan, vaxtilə Salyan və Şirvan rayonlarından keçən karvan yolunu birləşdirən körpünün ciddi baxıma və bərpaya ehtiyacı var.
Olaylar.az xəbər verir ki, bu barədə Axar.az-a Salyan sakinlərinin müraciəti daxil olub.
Sakinlər körpüyə tarixi abidə statusunun verilməsini istəyiblər.
Məsələ ilə bağlı açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, körpü Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatında olan abidələrin siyahısında yer almayıb:
"Daşınmaz tarix-mədəni abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə Dövlət Xidmətinin əməkdaşları tərəfindən ölkə ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqi həyata keçirilib və yeni siyahı formalaşdırılıb. Hazırlanmış siyahı AMEA-nın mütəxəssisləri ilə birgə nəzərdən keçirilib və müvafiq rəy alınıb. Həmin körpü də yeni aşkar olunmuş tarix-memarlıq abidəsi kimi qeydə alınıb və tarixi tiklinin qorunması üçün mühafizənin qabaqlayıcı dərəcəsi tətbiq olunub. Yeni siyahı təsdiq edildikdən sonra həmin körpünün də bərpası və təşviqi istiqamətində müvafiq addımlar atılacaqdır".