YAP Gənclər Birliyinin "Davamlı İnkişaf Məktəbi" layihəsi çərçivəsində Milli Debat Proqramının ilk təlimi keçirilib FOTO
Avqustun 10-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin "Davamlı İnkişaf Məktəbi" layihəsi çərçivəsində Milli Debat Proqramının ilk təlimi keçirilib.
10 Avqust 2021 16:07 SosialAvqustun 10-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin "Davamlı İnkişaf Məktəbi" layihəsi çərçivəsində Milli Debat Proqramının ilk təlimi keçirilib.
Təlimdə çıxış edən "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Ülviyyə Axundova Milli Debat Proqramı ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan birinci "Davamlı İnkişaf Məktəbi" layihəsi çərçivəsində Milli Debat Proqramı vasitəsilə iştirakçıların nitq mədəniyyətini inkişaf etdirmək, arqumentləşdirmə, əsaslandırma, araşdırma bacarıqlarını təkmilləşdirmək, onların qərarvermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə fəallığının artırılması nəzərdə tutulub. Qeyd edib ki, təlim layihə iştirakçılarının bu sahədə bilik və bacarıqlarını daha da inkişaf etdirəcək. Onun sözlərinə görə, proqram çərçivəsində 4 təlim keçiriləcək. Ü.Axundova bu təlimlərdə iştirakçıların da fəal olmalarının vacibliyini diqqətə çatdırıb.