Milli parkda ceyranın tələf olmasının səbəbləri açıqlanıb-YENİLƏNDİ

Zəif fərdlərin təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur.

Zəif fərdlərin təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur.

Şirvan Milli Parkında ceyranın yaralanması ilə bağlı sosial şəbəkədə yayılan məlumatla bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Olaylar.az-a açıqlamasında bildirib ki, dünən Şirvan Milli Parkının əməkdaşları tərəfindən yaralı ceyran tutularaq baytar tərəfindən müayinə olunub. İlkin yardım göstərilsə də, təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb.

Milli parkda ceyran güllələnib? - AÇIQLAMA

Xidmət rəsmisinin sözlərinə görə, ceyrandakı xəsarət güllə yarası deyil:

"Vəhşi təbiətdə yırtıcı-şikar münasibətləri ekosistemin tarazlığını təmin edir, heyvanların yırtıcı təqibindən müdafiəsi zamanı zədə alması halları baş verir və bu da vəhşi təbiətdə baş verən normal hadisədir".

Onun sözlərinə görə, populyasiyada itkinin olmaması mümkün deyil, nisbətən zəif fərdlərin xəstəlik, yırtıcı təqibi və s. təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur və bu hadisə ilk dəfə baş verən hadisə deyil.

"Unutmamalıyıq ki, ceyran həm də milli parkda yaşayan digər yırtıcı heyvanların qidasıdır. Təbiətdə yüz illərlə baş verən təbii prosesləri cəmiyyətdə təşviş obyektinə çevirmək doğru deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31