Karantin bu halda sərtləşdirilə bilər - Həkim AÇIQLADI

Son günlər Azərbaycanda koronavirusa yoluxma halları kəskin artıb. Artıq gündəlik yoluxmalar 1300-ə çatıb.

Son günlər Azərbaycanda koronavirusa yoluxma halları kəskin artıb. Artıq gündəlik yoluxmalar 1300-ə çatıb. Bununla bərabər ölüm sayının artması insanlar arasında karantinin sərtləşəcəyi barədə müzakirələri aktuallaşdırıb. 

Bəs yoluxma sayının artması fonunda hansı addımlar atılmalıdır?

Əsas yoluxmanın sayı yox, xəstəliyi ağır keçirənlərin statistikasıdır...

Əgər hər kəs bu şərtə əməl etsə, sərt karantin rejimi olmayacaq

Olaylar.Az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev  bildirib ki, rəsmi qurumlar xəstəliyi ağır keçirənlərin sayını açıqlamalıdır:

"Məncə, əsas məsələ yoluxmanın sayı yox, bu xəstəliyə yoluxub, ağır keçirənlərin faiz nisbətidir. İl ərzində dünyada təxminən 1 milyarda yaxın insan qrip virusuna yoluxur. Amma qriplə əlaqədar heç bir karantin olmur. Bu pandemiyada da yoluxub, ağır keçirənlərin faiz nisbətinə baxırıq.

Rəsmi qurumlara müraciət etmişik ki, rəqəmləri açıqlasınlar. Təəssüflər olsun ki, açıqlama yoxdur. Əgər ağırlaşanların faiz nisbəti 1-2% təşkil edirsə və ölüm 0,5 faizdirsə, o zaman heç bir sərtləşməyə ehtiyac yoxdur. Əks təqdirdə yoluxub, ağır keçirənlərin sayı çoxdursa, hansısa tədbir görmək olar. Mən müşahidə edirəm ki, hamı bütün diqqətini yoluxanların sayına yönəldib. İnsanlar əsas yoluxanlara yox, virusa yoluxub ağır keçirənlərə diqqət etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31