"Toppuş bacı"dan ÜZÜCÜ XƏBƏR: "Bir ümidim var ki..." - FOTO
Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.
10 Avqust 2021 14:19 SosialƏməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.
Olaylar.az xəbər verir ki, aktrisa bu barədə "Instagram" hesabından paylaşım edib.
Xərçəngdən əziyyət çəkən Tünzalə Əliyeva kimyaterapiya alacağını bildirib:
"İllərdi 419-cu palataya gəlirəm. Bir ümidim var ki, sağalacam və sağalıram da. Gəlmələrimin sayını itirmişəm. Amma kimyaterapiya üçün artıq 25-ci dəfədir bu otaqda yenə qonağam. İnşallah bunu da birlikdə yenəcəyik" deyə, "Toppuş bacı" bildirib.
Xatırladaq ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31