22 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il avqustun 9-da qida məhsulları sahəsində fəaliyyət göstərən 22 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il avqustun 9-da qida məhsulları sahəsində fəaliyyət göstərən 22 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

"OLAYLAR"-a bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Qeyd edilib ki, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31