Şəhid olan hərbi qulluqçumuz dəfn edildi FOTO
Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə nəticəsində həlak olan leytenant İlqar Rüfət oğlu Babayevin nəşi doğulduğu Oğuz rayonunun Calut kəndinə gətirilib.
10 Avqust 2021 13:37 SosialAvqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə nəticəsində həlak olan leytenant İlqar Rüfət oğlu Babayevin nəşi doğulduğu Oğuz rayonunun Calut kəndinə gətirilib.
Olaylar.az xəbər verir ki, 1999-cu il təvəllüdlü, İ.Babayevlə yaşadığı evdə vida mərasimi keçirilir.
Daha sonra zabitin nəşi kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Vida mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.
İlqar Babayev rayonun Calut kənd qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Qeyd edək ki, R.Babayevin dayısı 1978-ci il təvəllüdlü Saməddin Əmrahov da Vətən müharibəsində Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub.