Bakıda 23 şəhidin məzarında EKSPERTİZA APARILIR

Bakı şəhərində yerləşən Birinci Şəhidlər Xiyabanında 23 naməlum şəhidin məzarı açılıb.

Bakı şəhərində yerləşən Birinci Şəhidlər Xiyabanında 23 naməlum şəhidin məzarı açılıb.

Olaylar.az xəbər verir ki, bu barədə modern.az-a Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib. 

O bildirib ki, İkinci Şəhidlər Xiyabanında isə 9 məzarın açılması nəzərdə tutulur: "Qəbirlərin açılması prokurorluğun qərarı ilə həyata keçirilir".

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı eksqumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciət ediblər.
 

Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər Xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər Xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 03 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə eksqumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.

Baş Prokurorluqdan bildirilib ki, naməlum məzarlar Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aiddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31