6 ayın qəza statistikası: 290 ölü, 698 yaralı
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın avtomobil yollarında baş verən yol qəzalarında ölən və xəsarət alanların sayı açıqlanıb.
9 Avqust 2021 17:23 Sosial2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın avtomobil yollarında baş verən yol qəzalarında ölən və xəsarət alanların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Olaylar.az-a verilən məlumata görə, hadisələr nəticəsində 290 nəfər həlak olub, 698 nəfər isə xəsarət alıb.
Hadisələrin 43,5 faizi gündüz, 38,1 faizi gecə,18,4 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31