Dünya Delta variantına qarşı tədbirləri gücləndirir

Dünyada koronavirusa yoluxanların sayı 203 milyon 350 mini, ölənlərin sayı isə 4 milyon 305 mini keçib. Yazın əvvəlində məhdudiyyətləri götürən bir çox ölkə, 4 -cü dalğa təhlükəsinə qarşı tədbirlərini yenidən sərtləşdirir.

Olaylar.az TRT Haber-ə istinadən xəbər verir ki, epidemiyaya dünyada yoluxanların sayı 203 milyonu, həyatını itirənlərin sayı 4 milyon 300 mini, sağalanların sayı isə 182 milyon 600 mini keçib. 

Dünyada 4 milyard 430 milyon dozadan çox COVID-19 peyvəndi hazırlanıb.

ABŞ -da 36 milyon 519 mindən çox, Hindistanda 31 milyon 944 min, Braziliyada 20 milyon 151 min, Rusiyada isə 6 milyon 447 min nəfəri keçib.

Ölkələr də Delta variantına qarşı tədbirlərini artırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31