“Birinin arvadı evdən qaçır, çıxıb efirdə deyir ki, onu axtarıram, bu cür biqeyrətlik olmaz axı...”

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür.

Xalq artisti son zamanlar kinomuzun vəziyyətindən və cəmiyyətdə baş verən ailədaxili münaqişələrdən də danışıb:

"Ay qardaş, kinonun vəziyyəti xoşuma gəlmir. Vallah ailədaxili hadisələr əvvəllər də olub, amma indiki kimi bunu bu qədər təbliğ etməyiblər. İndi bu hadisələri törətməklə elə bil ki, yeni nəsilə yol öyrədirlər ki, necə yaşamaq lazımdır. Adam ananı evdən qovar, atasını, anasını öldürər? Bir sözlə, bu cür hadisələrlə cəmiyyəti pozurlar".

Aktyorun sözlərinə görə bu cür hadisələri televiziya ekranlarına daşımaq da düzgün deyil:

"O vaxt da belə hadisələr olub, amma bunu efirə, qəzetə çıxarmayıblar. Problem məhkəmədə həll olunub və bundan kənar adamların xəbəri olmayıb. Amma indi bir dənə "çıq" eləyən kimi yazırlar ki, filankəs arvadıyla birləşib anasını evdən qovdu. Gənc nəsil də görür ki, sən demə ananı evdən qovmaq olar. Axı biz onlara deyirik ki, ana müqəddəsdir. Ya da birinin arvadı evdən qaçır, çıxıb efirdə deyir ki, onu axtarıram. Bu cür biqeyrətlik olmaz axı. Pənah Hüseynin baş nazir olanda bir sözü var idi ki, "bespredel", bu televiziya da, kütləvi informasiya vasitələri də "bespredel"dir,"Moderator/az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31