İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” yaxındadır
5 Avqust 2021 17:23 Sosial44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz, zəfərimizdən sonra işğaldan azad edilən ərazilərimizdə quruculuq-abadlıq işlərinin aparılması, infrastrukturun yaradılması, nəticə etibarilə "Böyük qayıdış"ın təmin edilməsi qarşıda duran mühüm vəziələrdən idi. Çünki 30 ilə yaxın müdətdə öz dədə-baba yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərimiz bu günü səbirsizliklə gözləyirdilər. Bir çoxları müharibədən sonrakı dövrdə Azərbaycan dövləti üçün bunun bir qədər mümkünsüz olacağını düşünürdü. Əslində belə bir düşüncə də yersiz deyildi. Çünki tarixi qələbəmizi təmin edən 44 günlük müharibədə Azərbaycan dövləti kiayət qədər vəsait sərf etmiş, dövlət büdcəsindən bəlli bir maliyyə xərclənmişdi. Bu səbəbdən ehtimal olunurdu ki, işğaldan azad edilən ərazilərə "Böyük qayıdış"ın baş tutması hələ bir müddət baş tutmayacaq. Ancaq onu da qeyd etmək lazımdır ki, bu orizmadan çıxış edənlərin əksəriyyəti Azərbaycan dövlətinin gücü, qüdrətinə bəlli olmayanlar, onun qarşısına qoyduğu istənilən məqsəd, hədəfə çata biləcəyini proqnozlaşdıra bilməyənlər idi. Necə ki, 44 günıük Vətən müharibəsində Azərbaycanın işğal altında olan ərazilərini düşməndən azad edəcəyinə inanmırdılar. Lakin Azərbaycan Ordusu başda Ali Baş Komandan İlham Əliyev olmaqla xəyalları reallığa çevirdi və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşməndən təmizlədi. Beləliklə, ötən əsrin 90-cı illərindən Ermənistanın işğalı altında olan şəhər və rayonlarımızda yenidən Azərbaycan bayrağı dalğalandı. Bununla da demək olar ki, Qarabağa "Böyük Qayıdış" prosesi sürətli xarakter almağa başladı. Çünki "Qarabağa qayıdış"ın startı hələ 5 il əvvəldən verilmişdi. Daha dəqiq desək 2016-ci ilin uğurlu Aprel döyüşləri zamanı. Məhz Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyat keçirərək Lələ Təpə yüksəkliyini düşməndən geri alması, orada Azərbaycan bayrağını dalğalandırması Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşam tərzini təmin etmiş oldu. 1994-cü ildə uğurlu Horadiz əməliyyatı ilə Cocuq Mərcanlı kəndi düşməındən azad edilsə də, lakin kəndin düşmən mövqelərinin yaxınlığında, xüsusilə də Lələ Təpənin aşağı hissəsində yerləşməsi orada kənd sakinlərinin təhlükəsiz yaşamasını mümkünsüz edirdi. Artıq Aprel döyüşlərindən sorna isə Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşamaq imkanı yaranmışdı. Çünki birbaşa kəndi hədəf ala biləcək Lələ Təpədən düşmən qovulmuş, strateji əhəmiyyətə malik yüksəklik Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçmişdi.
Məlumat üçün onu da qeyd edık ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə, Ermənistan ordusunun hücuma keçərək Cəbrayıl rayonunun bütün ərazisini işğal etməsi ilə düşmən tapdağına çevrilmişdi. Bu müddət ərzində kənd tamamilə dağıdılıb. Düşmənin Cəbrayıl rayonunu işğala məruz qoymasından 4 ay sonra Azərbaycan ordusunun əks-hücumu nəticəsində Ermənistan ordusu kənddən çıxmağa məcbur olaraq kəndin ətrafındakı yüksəkliklərdə mövqe tutub. Atəşkəsdən sonrakı dövr ərzində kənd cəbhə zonasına çox yaxın yerləşdiyi üçün əhali ora qayıda bilməyib, burada cəmi bir nəfər - Oqtay Həziyev daimi yaşayıb.
Qarabağ müharibəsindən əvvəl kənddə 1075 nəfər - 283 ailə yaşayıb, məktəb, kitabxana, tibb məntəqəsi, poçt, dəyirman, yerli administrasiya fəaliyyət göstərib. Yerli sakinlər taxılçılıq, üzümçülük, heyvandarlıqla məşğul olub.
Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinə ilkin mərhələdə 50 ailə, ikinci mərhələdə isə 70 ailə köçürülüb. Ümumilikdə, Cocuq Mərcanlıya qayıdışın başladığı 2018-ci il üçün 1428 nəfər bu kəndə köçürülüb.
İndi isə qeyd etdiyimiz kimi "Qarabağa qayıdış"ın ikinci mərhələsi başlayıb. Bu mərhələdə qayıdış yalnız hansısa şəhər, kənd və ya qəsəbəyə deyil, ümumilikdə Qarabağadır. "Qarabağa qayıdış"ın birinci mərhələsində olduğu kimi, ikinci mərhələsində də bu prosesin startını Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev verdi. 44 günlük Vətən müharibəsində tarixi zəfərimiz başa çatar-çatmaz müntəzəm olaraq işğaldan azad edilmiş şəhər və rayonlara səfər edən Azərbaycan Prezidenti aprel ayında Zəngilan rayonunun 1, 2 və 3-cü Ağalı kəndlərini əhatə edən "Ağıllı kənd" layihəsinin təməlini qoydu. Bu həm də "Qarabağa böyük qayıdış"ın təməliniun atılması idi.
Ötən müddət ərzində Ağdamda, Zəngilanda, Cəbrrayılda, eləcə də Laçın, Qubadlı, Füzuli rayonlarında, Kəlbəcər və Şuşada sürətli quruculuq-abadlıq işlərinin aparılması "Qarabağa böyük qayıdış"ın qısa zamanda baş tutacağını deməyə əsas verir. İndi bütün qarabağlılar, eləcə də bütün Azərbaycan "Qarabağa böyük qayıdış" çərçivəsində görülən işləri izləyir, bu prosesə dəstək verir, eyni zamanda səbrsizliklə quruculuq-abadlıq işlərinin başa çatıb prosesin tam sürəti ilə icra olunmasını gözləyir. Görülən işlər və onun sürəti onu deməyə əsas verir ki, "Qarabağa qayıdış" nəzərdə tutulduğundan da tez bir zamanda baş tutacaq. Çünki bu istiqamətdə həyata keçirilən tədbirlər, görülən işlər birbaşa Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin nəzarəti altındadır. Prosesin qısa zamanda baş tutacağına olan bir digər əminlik isə Azərbaycana dost-qardaş ölkələrin də Qarabağda həyata keçirilən quruculuq-abadlıq işlərinə maraq göstərməsi və bu prosesdə yaxından iştirak etməsidir.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir