“Həmin fotolar qızımın toyunda çəkilməyib” – Novruz Aslan

Millət vəkili, bəstəkar Novruz Aslan qızının toyunda karantin qaydalarının pozulması ilə bağlı iddialara münasibət bildirib.

Millət vəkili, bəstəkar Novruz Aslan qızının toyunda karantin qaydalarının pozulması ilə bağlı iddialara münasibət bildirib.

Olaylar.az bildirir ki, bunu modern.az-a açıqlamasında iddiaların əsassız olduğunu deyib:

"Mən anlamıram ki, insanlar yalan xəbərləri necə yaya bilirlər. Qızımın toyunda 146 nəfər iştirak edib. Yayılan fotoların heç biri qızımın toyunda çəkilməyib.

Heç kim "Allah xoşbəxt etsin, yarıyanlardan olsun" demir, ancaq "baltalamaqla" məşğul olurlar. İnsanlardakı belə aqressiyanı, yalan xəbər yaymaq arzusunu anlaya bilmirəm".

Qeyd edək ki, sosial şəbəkələrdə millət vəkili Novruz Aslanın qızının toyunda karantin qaydalarının pozulmasına dair xəbərlər və foto yayılıb.

Məsələyə Daxili İşlər Nazirliyi dərhal reaksiya verib. Bildirilib ki, sosial şəbəkələrdə yayılan foto sözügedən toyda çəkilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31