Öldürülən Sevincin son mesajı "ÇOX QORXURAM..." FOTO

Avqustun 3-də əri tərəfindən qətlə yetirilən Sevinc Məhərrəmovanın sosial şəbəkələrdə son yazışması yayılıb.

Avqustun 3-də əri tərəfindən qətlə yetirilən Sevinc Məhərrəmovanın sosial şəbəkələrdə son yazışması yayılıb.

Olaylar.az metbuat.az-a istinadla xəbər verir ki, bu barədə bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində paylaşım edib. Qadın son yazışmalarında bunları qeyd edib:

"Dəfələrlə polisə müraciət etmişəm. Səhər öldüyümü eşitsələr nə dəyişəcək? 3 övladım ortalıqda qalacaq. Neçə vaxtdır sizə yazmağa qorxurdum, risk etmirdim. Uşaqlarımı əlimdən almaqla hədələyir. Bəs mənim canım atam insult keçirib, anamın da ürək çatışmazlığı var. Mən də sakitləşdiricilərlə yaşayıram. Mənə kömək edin. Çox qorxuram"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31