Azərbaycan qardaş Türkiyənin yanındadır

Bir neçə gündür qardaş Türkiyənin demək olar ki, dörd bir yanını bürüyən meşə yanğınları hələ də bəzi bölgələrdə davam etməkdədir. İlkin hesablaramala görə, yanğınların qardaş ölkəyə vurduğu ziyan milyonlarla dollar həcmindədir. Hər nə qədər Türkiyəyə dost və qardaş ölkələr Ankaraya yanğına qarşı mübarizədə dəstək olub ona öz köməyini göstərsə də, bütün halda Türkiyəyə qarşı edilən bu məkrli təxribatın aradan qaldırılması o qədər də qısa müddətdə baş verməyəcək.

Artıq mütləq əksəriyyətə bəllidir ki, meşə yanğınları təbii amillərlə bağlı deyil və PKK terror təşkilatına bağlı qruplar həmin yanğınları törədib. Əksəriyyət haqlı olaraq hesab edir ki, qardaş ölkəyə qarşı atılan bu təxribatçı addım Türkiyəni zəiflətmək məqsədi daşıyır və xüsusilə 44 günlük Vətən müharibəsində  Ankaranın Bakının yanında yer alması antiTürkiyə qüvvələrini qəzəbləndirərək onları hərəkətə keçirib.

Əslində Türkiyəyə qarşı olan bu xain terror hadisəsi eyni zamanda Azərbaycana qarşıdır və ona görə də Azərbaycan hər zaman olduğu kimi bu dəfə də dostunun, qardaşının yanındadır.

Milli Məslisin deputatı Səbinə Xasayeva baş verənlərə münasibət bildirərkən deyb ki,  Türkiyədə çox geniş əraziləri əhatə edən meşə yanğınları erməniliyin yeni bir təzahürüdür. Millət vəkilinin sözlərinə görə,  PKK-nın nəzdində fəaliyyət göstərən təşkilatlanmış təxribatçılar şəbəkəsi hardan maliyyələşir, onları PKK-dan savayı daha hansı şəbəkələr himayə edir, bütün bunlar aşkarlanacaq:. Deputat qeyd edib ki, "Araba kölgəsində yatanlar" bunu özlərinin hünəri bilməsin: "Min  llərdi türk dövləti, dövlətçiliyi, ocaq çatıb yurd olduğu ərazilərin toxunulmazlığı uğrunda mücadilədədi. Türk heç zaman canını qorumayıb, ruhunu qoruyub. Atilla, Mete, Süleyman Şah, Atatürk əyyamlarında da belə olub, indi də belədir: . Səbinə Xasayeva deyib ki, Azərbaycan həmişə qardaş Türkiyənin ağrısını ağrısı, sevincini sevinci bilib: . "Od düşdüyü yeri yandırar" - deyib atalar. Azərbaycan bu böyük təxribatın, təkcə Türkiyəyə deyil, bəşəriyyətə xəyanətin ağrılarını öz canında, könlündə, ürəyində hiss edir. Bircə faktı xatırlatmaq istəyirəm: Bu yanğınlarda bir maralın buynuzlarına od düşmüşdü, yanırdı. Dünya dövlətləri təkcə bu fakta görə terrora qarşı mübarizə aparanların sırasında olmalı deyilmi? Terrorun, terrorçunun Vətəni olmur. Zaman anlamında sabah bu terrorçular biganə dövlətlərə də "əl uzada" bilər, nəyinsə, nələrinsə müqabilində uzadacaq da. Türkiyəli yanğınsöndürənlərin sırasında azərbaycanlı yanğınsöndürənlər də var. Bu yanğınlarla onlar da döyüşür. Azərbaycanda Vətən müharibəsində Zəfər qazanıldı. bu döyüşdə də qələbə qazanacaq. Bu birlik, bu qardaşlıq qələbə qazanmağa qadirdir! Türkiyə - Azərbaycan birliyi, qardaşlığı qadirliyin birliyidir, qardaşlığıdır! Canım Türkiyəm! Azərbaycan yanındadır! Yanğınla mücadilə aparanların sırasında ruhən biz də varıq! Bu ruh əbədiyyətin cığırdaşıdı!".

Deputat Pərvin Kərimzadə isə qeyd edib ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır. Qardaş Türkiyədə baş vermiş meşə yanğınlarını, bunun nəticəsində yaranmış vəziyyəti Azərbaycan xalqı olaraq böyük narahatlıqla və həyəcanla izləyirik: "Təəssüf ki, güclü yanğınlar nəticəsində insan itkisi baş verib, xeyli sayda türk qardaşlarımız evsiz-eşiksiz qalıb, infrastruktur sıradan çıxıb".

Deputat bildirib ki, bu çətin günlərdə Azərbaycan qardaş türk xalqının yanındadır: "Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndərilib.. "Yanğından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayaraq baş vermiş faciədən dərin kədər hissi keçirdiyini, Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğulayıb. Eyni zamanda, dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığını ifadə edib. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Avqustun 1-də axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə yola salınıb. İkinci qrupa bir helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, bir təcili tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir. Bu qrup artıq Türkiyədədir. FHN-in yanğınsöndürmə əməkdaşlarından, hava nəqliyyatı və texnikadan ibarət qüvvələri Türkiyədəki meşə yanğınlarına qarşı mübarizədə iştirak edirlər, Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün əzmlə çalışırlar. Gündəlik fəaliyyətdə qarşıya qoyulan vəzifələr fədakarlıqla yerinə yetirilir. Karvanın keçdiyi ərazilərdə yerli əhali Azərbaycan yanğınsöndürənlərini böyük coşqu ilə qarşılayır. Türkiyə KİV-lərində yayımlanan xəbərlərdə Azərbaycanın Türkiyəyə göstərdiyi qardaş dəstəyi yüksək qiymətləndirilir. Biz həmçinin, sosial media vasitəsilə azərbaycanlı və türkiyəli xilasedicilərin yanğınla necə fədakarlıqla mübarizə apardığının şahidi oluruq. Biz tezliklə bu yanğınların qarşısının alınacağına ümid edirik və bunu arzulayırıq", - deyə deputat vurğulayıb.

P.Kərimzadə qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir: "Bu gün Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da atdığı hər addımda bu iki dövlət adamlarının ideallarına sadiqdirlər. Eynilə, xalqımız, cəmiyyətimiz də sevincdə də, kədərdə də bir yerdədir. Bu baxımdan Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları bizi dərindən kədərləndirir. Nəzərə alsaq ki, yanğında həyatını itirən insanlar, canlılar var, yanğın qardaş ölkəyə genişmiqyaslı maddi və mənəvi zərər vurub, hadisənin törətdiyi fəsadlar çoxdur. Azərbaycan hər zaman Türkiyənin yanındadır. Dünya ölkələri də öz dəstəyini göstərməlidir. Çünki ekologiyanın qorunması bəşəri bir məsələdir".

Türkiyədə yanğınların məqsədli şəkildə törədilməsi haqqında yayılan məlumatlara münasibət bildirən deputat deyib: "Belə faktlar var və bu, təəssüf doğurur. Türkiyənin regionda və dünyada böyük gücə çevrilməsini həzm edə bilməyən terror təşkilatları və onları himayə edən imperialist qüvvələr bəşəri cinayətə yol verirlər. Çünki təbiətə qarşı belə bir miqyasda cinayət törətmək insanlığa sığmayan hərəkətlərdir. Bu cür addımlarla Türkiyənin zəifləyəcəyini düşünənlər yanılırlar. Türkiyə güclü dövlətdir və bu sınaqdan da üzüağ çıxacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31