Hazırda bəzi yollarda tıxac var

Bakının bir çox küçə və prospektlərində sıxlıq var.

Bakının bir çox küçə və prospektlərində sıxlıq var.

Bu barədə Olaylar.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Bakı - Sumqayıt şosesi - Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi adlanan istiqamətdə çox güclü sıxlıq müşahidə olunur.

Eyni zamanda Mikayıl Əliyev küçəsi - (Heydər Əliyev prospekti - köməkçi yol istiqamətində), Yavər Əliyev küçəsi - (aeroport şosesinə çıxan yol), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Binəqədi şosesi - (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Ziya Bünyadov prospekti - əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq - əsas yolda, 20 Yanvar dairəsi istiqaməti üzrə sıxlıq müşahidə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31