Bakı-Sumqayıt yolunda ağır qəza - 3 nəfər...- FOTO
Bakı-Sumqayıt şosesində ağır yol qəzası baş verib.
5 Avqust 2021 10:10 SosialHadisə magistral yolun Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
"Isuzi" markalı kiçiktutumlu yük maşını yüksək sürətlə "Mercedes" markalı minik avtomobilinə, sonra beton yol ayrıcına çırpılıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "Mercedes"də olan sərnişin ağır bədən xəsarəti alıb.
Hazırda Bakı-Sumqayıt şosesinin paytaxt istiqamətində, beynəlxalq avtovağzalın yaxınlığında avtomobillərin hərəkətində tıxac yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31