“Şuşaya getmək istəyirəm” — Ayaz Mütəllibov

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov işğaldan azad edilmiş Şuşa şəhərinə səfər etmək arzusundadır

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov işğaldan azad edilmiş Şuşa şəhərinə səfər etmək arzusundadır.
Bu barədə Modern.az-a Ayaz Mütəllibovun özü bildirib.

Keçmiş prezident Azərbaycan Ordusunun qələbəsini möhtəşəm qəhrəmanlıq salnaməsi adlandırıb: "Şuşanın, ümumiyyətlə, Qarabağın işğaldan azad olunması Azərbaycan xalqının tarixində çox möhtəşəm qələbədir. Tarixçilər hələ uzun müddət bu zəfər barədə öz araşdırmalarını aparacaq və yazacaqlar. Azərbaycanın igid oğulları, hərbçiləri döyüş şücaəti göstərdilər. Bu, nəinki Azərbaycana, mən deyərdim ki, beynəlxalq aləmin döyüş tarixinə də qızıl hərflərlə yazılmalıdır. Bir daha fürsətdən istifadə edib, şəhid balalarımıza Allahdan rəhmət, əzizlərinə səbr diləyirəm. Yaralı qazilərimizə də tezliklə sağalıb, həyatda öz yerlərini tutmalarını arzu edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31