Qadının pulqabısını oğurlayan şəxs yaxalanıb
6 İyul 2021 14:15 SosialBakı şəhər sakininin pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə iyulun 2-də Bakı şəhər sakini S.Yolçuyevanın içərisində 340 manat, 10 avro, 100 ABŞ dolları, sənəd və təqaüd kartı olan pulqabısının soyğunçuluq yolu talanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əliyev müəyyən edilərək saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31