Razi Nurullayev Tacikistan səfiri ilə görüşüb

Millət vəkili Razi Nurullayev Tacikistanın Azərbaycandakı səfiri cənab Rustam Soli ilə görüşüb. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən deputat bildirib ki, görüşdə rəhbərlik etdiyi Milli Cəbhə Partiyası - MCP haqqında məlumat verib və əməkdaşlıq üçün mövcud olan sahələri açıqlayıb: "Maraqlı diskussiya alındı və ümidvaram ki, münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edəcək. Deyim ki, səfirin tərcümeyi-halı çox zəngindir, onlarla Avropa ölkəsində dövlətini təmsil edib. Təhsili isə qəribə də olsa "fizik-yaderşik". Dilçilik üzrə də mühazirə oxuya bilər. Çünki, Tajik-fars və afqan dilləri üzrə elə maraqlı məsələlər dedi ki. Anadolu türkcəsində də səlis danışır. Maraqlı söhbət etdik, digər qarşılıqlı maraq kəsb edən məsələlər barədə də danışdıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31