Braziliyada alimlər SARS-CoV-2 koronavirusunun mənşəyi məlum olmayan yeni variantını tapıblar.
"Ölkə.Az" xəbər verir ki, yeni tapılan "P4" variantının adi virusdan daha yoluxucu və ya təhlükəli olmasının müəyyənləşdirilməsi hələ ki mümkün deyil.
Qeyd edilir ki, "P4" variantının Braziliyanın "P1" və "P2" və Filippinin "P3" ştammları ilə ortaq mənşəyi var.