Naxçıvana yerüstü sərnişindaşıma hələlik bərpa olunmayacaq - RƏSMİ
27 May 2021 17:16 SosialNaxçıvana yerüstü sərnişindaşıma hələlik bərpa olunmayacaq.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, buna səbəb Naxçıvana səfərin İran üzərindən gerçəkləşməsidir: "Sərhədlər açılmadığı üçün Naxçıvana hələlik sərnişindaşıma həyata keçirilməyəcək. Gürcüstan digər ölkələrlə sərhədləri açsa da, ölkəmizdə belə bir qərar qəbul edilməyib. Gürcüstan və digər ərazilərə sərnişindaşıma ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31