Bakıdan regionlara gedəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcək
27 May 2021 15:37 SosialBakı Beynəlxalq Avtovağzal Kompleksində Bakıdan regionlara gedəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcək.
Olaylar.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.
"Sərnişinlər yalnız avtovağzal stansiyalarına daxil olduqda onların hərarətləri yoxlanılacaq. Hər hansı sərnişində narahatlıq yaranarsa və yaxud hərarəti yüksək olarsa, o, avtostansiyalarda olan tibb məntəqələrinə yönləndiriləcək", - deyə o, qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31