Narkotik satışı ilə məşğul olan “taksi sürücüsü” saxlanıb

Qobu və Hökməli qəsəbələrində taksi sürücüsü görünüşü yaradaraq narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. DİN Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Qobu və Hökməli qəsəbələrində, eləcə də, Abşeron rayonunun inzibati ərazisinə daxil olan digər ərazilərdə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Ceyhun Əsədov saxlanılıb. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 100 qrama yaxın psixotrop maddə olan metamfetamin, 15 qram narkotik vasitə heroin, satışı qadağan olunan psixotrop tərkibli dərmanlar və narkotik vasitələrin satışı üçün nəzərdə tutulan 1 ədəd elektron tərzi aşkar olunaraq götürülüb. Həmin şəxs məsuliyyətdən yayınmaq üçün taksi sürücüsü görünüşü yaradaraq narkotik vasitələrin satışı ilə məşğul olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31